12px13px15px17px
Tarix:30/07/11

“Hitachi” şirkətinin rüblük gəliri azalıb

Yapon elektronika istehsalçıları ötən rübün maliyyə hesabatlarını dərc etməyə davam edirlər. “Hitachi” şirkəti iyul ayının 29-da öz rüblük nəticələri haqqında bildirib. Şirkətin göstəriciləri ciddi dərəcədə azalıb, bu da material və hissələrin tədarükündəki durğunluqla izah olunur.
“Hitachi” şirkətinin rüblük dövr üçün əməliyyat gəliri 2011-ci ilin aprel ayından iyun ayına kimi 41% azalıb və təxminən 674 milyon Amerika dolları təşkil edib. “Hitachi” şirkətinin satışlardan gəliri praktik olaraq dəyişməyib və 27,7 milyard dollar olub.



Baxış sayı: 1664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024