12px13px15px17px
Tarix:26/02/13

“Elseiver”in regional direktoru: “Hədəfimiz Azərbaycanın elm və təhsil müəssisələrinin xidmətlərimizdən səmərəli istifadəsini təmin etməkdir”

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) dünyanın ən böyük elmi bazalarından olan "Elseiver"in Türkiyə, İran və Orta Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal və meneceri Ayhan Saracoğlu ilə görüş keçirilib.

Görüşün məqsədi Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi. İTİ-dən verilən məlumata görə, T.Basal əvvəlcə "Elseiver"in təklif etdiyi xidmətlərdən, elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi bazaların digər elmi bazalarla müqayisədə üstünlüklərindən, yaratdığı geniş imkanlardan söhbət açıb.

Bildirib ki, bu işlərin yüksək səviyyədə təşkili Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Hədəfimiz Azərbaycanın elm və təhsil müəssisələrinin "Elseiver"in xidmətlərindən daha səmərəli istifadəsini təmin etməkdir,"- deyən qonaq ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışıb. Sözügedən nəşrlərdə məqalələrə qoyulan tələblərin öyrənilməsi məqsədilə treninq və seminarların keçirilməsinin vacibliyini nəzərə çatdırıb.

Görüşdə həmçinin iki qurum arasında əməkdaşlıq üzrə fəaliyyət planına dair müzakirələr aparılıb, işçi qrupun yaradılması və Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb.

HƏQİQƏT



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024