12px13px15px17px
Tarix:26/02/13

“Google” şirkəti Kaliforniya ştatında fərqli qərargah tikəcək

Dünyanın ən böyük axtarış sisteminə malik şirkət Kaliforniya ştatının Mauntin-Vyu şəhərciyində qərargah üçün yeni bina tikəcək. “Bay View” adlanan kompleks “Google”-un tikəcəyi ilk bina olacaq. Belə ki, şirkət digər binalarını satın alıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Google” şirkətinin xeyli ofisi var. Şirkətə məxsus binalarda əməkdaşlar üçün hər cür şərait yaradılıb. Lakin şirkət indiki kimi heç bir ofisini özü tikməyib.

Qeyd edək ki, Mauntin-Vyu şəhərciyində “Mozilla”, “VeriSign” və digər şirkətlərin əsas ofisləri yerləşir. “Google”-un qərargahının tikintisinə Avstraliyanın “NBBJ” bürosu məsuliyyət daşıyır. “Bay View” adlanan geniş kompleks 9 korpusdan ibarət olacaq.

Korpuslar bir-biri ilə keçidlər vasitəsilə əlaqəli olacaq. Nəticədə bir neçə dəqiqə ərzində istənilən binaya çatmaq mümkün olacaq.

Emil Hüseynov



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024