12px13px15px17px
Tarix:27/02/13

“Opera” şirkəti yeni brauzerini təqdim edib

"Opera" şirkəti bu günlərdə öz veb mühərrikindən imtina edərək "WebKit"dən istifadə edəcəyi barəsində məlumat vermişdi. Şirkət artıq "Mobile World Congress 2013" (MWC) sərgisinin ikinci günündə "WebKit" əsasında ilk həllini – "Android" platforması üçün yeni texnologiya ilə hazırlanmış mobil brauzerini təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Opera" şirkətinin baş direktoru Lars Boylesen bildirib ki, adıçəkilən məhsul planlaşdırılmış xəttin ilk versiyasıdır.

Xatırladaq ki, saytların vizuallaşdırılması üçün müvafiq veb mühərrikdən, həmçinin "Safari" və "Chrome" brauzerlərində istifadə edilir. Boylesen deyib ki, "Opera" üçün veb mühərrikin dəyişdirilməsi mühüm addımdır: şirkət heyətinin bir hissəsini ixtisar edir, işə yanaşma metodunu dəyişdirir.

O, həmçinin qeyd edib ki, "Opera" şirkəti hazırda brauzerdə faydalı funksiyalara daha çox diqqət ayıra bilər, çünki artıq veb mühərrikin hazırlanmasına pul və vaxt ayrılmayacaq.

"Biz yeni texnologiyalara keçməklə əvvəllər məşğul olmadığımız işlərlə məşğul ola bilərik" – Norveç şirkətinin direktoru deyib.

Emil Hüseynov



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024