12px13px15px17px
Tarix:27/02/13

“Nokia” büdcəyə uyğun telefonlara üstünlük verir

Finlandiyanın "Nokia" şirkəti mobil bazar seqmentində öz strategiyasını dəyişdirir. Xatırladaq ki, "Nokia" 2000-ci ilin əvvəllərində bahalı telefonlar istehsal edirdi. Lakin son beş ildə vəziyyət dəyişib və hazırda "Apple" və "Samsung" şirkətləri bahalı modellər istehsal edir.

Mobil bazarın cari vəziyyətini nəzərə alan Finlandiya şirkəti strategiyasını dəyişərək büdcəyə uyğun qurğular istehsalına daha çox diqqət ayırmağa başlayıb. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Gartner" analitik şirkətinin hesablamasına əsasən, 2012-ci ildə mobil telefonların satış həcmi 20% azalaraq 9,4 milyard avro olub. Bunu nəzərə alan şirkətlər qiyməti mobil telefonlara uyğun "ağıllı" telefonlar istehsal etməyə məcburdurlar.

"Nokia" şirkəti artıq işinə başlamış "Mobile World Congress 2013" sərgisində məhz büdcəyə uyğun qurğularını təqdim edir. "Lumia" seriyasından olan yeni "ağıllı" telefonlar puldan korluq çəkən istehlakçılar üçün nəzərdə tutulub, onlar "Windows Phone 8" mobil platforması ilə işləyirlər və "ağıllı" telefonlara xas əsas xüsusiyyətləri dəstəkləyirlər. Şirkət sərginin birinci iş günündə "Windows Phone 8" platforması ilə işləyən büdcəyə uyğun "Lumia 520" və "Lumia 720" "ağıllı" telefonlarını təqdim edib.

Hər iki model daha əvvəl təqdim edilmiş "Lumia 920" və "Lumia 820"-nin sadələşdirilmiş versiyasıdır.

Bununla belə, onlar "ağıllı" telefonlara xas əsas xüsusiyyətləri dəstəkləyirlər: foto, musiqiyə qulaq asmaq, internet və "Nokia Here" peyk naviqasiyası. "Lumia 520" modeli 8 QB daxili yaddaşla təchiz olunub, lakin daxili yaddaşı 64 qiqabayta qədər artırmaq, həmçinin uzaq saxlanc qismində "Microsoft SkyDrive" xidmətindən istifadə etmək olar.

Cihaz 800x480 piksel təsvir ölçüsünə malik 4 düymlü sensor ekranla təchiz edilib. "Lumia 520" modelində əməli yaddaş qurğusunun həcmi 512 MB təşkil edir və 1 QHs takt tezlikli ikinüvəli "Snapdragon" prosessoru ilə təchiz edilib. "Lumia 720" modeli "520"-yə çox oxşardır, lakin ekranın diaqonalı 4.3 düymdür. Aparatın arxa kamerası 6.7 meqapiksel təsvir ölçüsünə malikdir. Aparatlar cari ilin aprelində satışa çıxarılacaq.

Emil Hüseynov



Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.