12px13px15px17px
Tarix:27/02/13

Mobil rabitə şəbəkələrində nömrə daşınmasının tətbiqinə aprel ayının 1-dən başlanıla bilər

Mobil rabitə şəbəkələrində nömrə daşınmasının tətbiqinə bu ilin aprel ayının 1-dən başlanıla bilər. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, bu sahədə artıq müsbət addımlar atılıb:

“Düzdür, texnoloji çətinliklərlə əlaqədar olaraq bu məsələnin tətbiqinə bizim planlaşdırdığımız kimi yanvarın 1-dən başlaya bilmədik. İndi isə ikinci mərhələyə start verilib. Bunun üçün artıq hər 3 mobil operatorla protokollar, müqavilələr imzalanıb. Əgər texnoloji problemlər yaranmazsa, nömrə daşınmasının tətbiqinə aprel ayından başlanılacaq. Müəyyən problemlər yenə qaldığı təqdirdə isə proses daha 1-2 ay da uzadıla bilər”.

HƏQİQƏT



Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024