12px13px15px17px
Tarix:27/02/13

Musiqi sənayesinin gəliri internetin hesabına son 12 ildə ilk dəfə olaraq artıb

Musiqi sənayesinin gəliri son 12 ildə ilk dəfə olaraq artıb. 2012-ci ildə ötən illə müqayisədə ümumi gəlir 0,3% artaraq 16,5 milyard dollar olub. Bu barədə Musiqi İstehsalçılarının Beynəlxalq Federasiyasının (IFPI) tərtib etdiyi hesabatda bildirilir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sonuncu dəfə 1999-cu ildə musiqi sənayesində gəlir artımı qeydə alınıb.

O zaman səsyazma şirkətləri 28,6 milyard həcmində dollar əldə etmişdilər. Sonrakı illərdə, daha çox onlayn piratçılığın yayılmasına görə onların gəliri azalmışdı. 2012-ci ildə internet üzərindən musiqi daha çox satılıb. Hesabata əsasən, istifadəçilər getdikcə pullu xidmətlər vasitəsilə daha çox musiqi yükləyirlər və ya abunə olaraq onlara axın rejimində qulaq asırlar.

Rəqəmli musiqi satışlarından əldə olunan gəlirin həcmi 9% artaraq 5.6 milyard dollar olub. Musiqi sənayesinin ümumi gəlirinin 34%-i rəqəmli musiqinin payına düşür.

"IFPI"-yə əsasən, Britaniyanın pop-müğənnisi Adelin "21" albomu artıq ikinci ildir ABŞ-da ardıcıl olaraq ən çox satılan albom olub.

Emil Hüseynov



Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024