12px13px15px17px
Tarix:28/02/13

“Evlərə optika” layihəsinə start verilir

“Evlərə optika” layihəsinə start verilir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib.

Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə “Baktelekom” abunəçiləri üçün son mill problemi - yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq.

Baş mütəxəssis bildirib ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq. Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.

“Bu layihə başa çatdırıldıqdan sonra Bakıda internetin sürəti 30 mbit/s yuxarı olacaq”- deyə E.Qədirov bildirib.

RƏVAN



Baxış sayı: 1142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024