12px13px15px17px
Tarix:28/02/13

Bir həftə müddətində avtonom işləyə bilən smartfon

İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” sərgisində “E-ink” şirkəti monoxrom (ağ-qara) ekranla təchiz edilmiş “Android”-smartfonların ilk sınaq nümunələrini nümayiş etdirib.

“E-ink” şirkəti “MWC” sərgisində iki prototip (birincisi, “3G” şəbəkələrə qoşulub, digəri isə “EDGE” texnologiyası üzrə işləyir) təqdim edib.

Hər iki “ağıllı” telefon 1 QHs takt tezlikli “Qualcomm” prosessoru ilə təchiz edilib, çəkiləri isə təxminən 80 qramdır və bir həftə müddətində avtonom rejimdə işləyə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hər iki cihaza “Android 2.3” versiyası quraşdırılıb. İstifadəsi ağ-qara ekranda rahat olan tətbiqlərə üstünlük verilib. Bu cür telefonlarda oyunlar oynamaq və filmlərə baxmaq mümkün deyil.

Nümayiş etdirilmiş prototiplərin ekranları sensor jestlərini dəstəkləyir, lakin toxunuşlara o qədər həssas deyillər və bəzən şəklin yenilənməsi zamanı ləngimə olur.

Monoxrom “Android”-smartfonların satışına bu ilə başlanıla bilər. Operatorla müqavilə bağlanılmadığı halda cihazın qiyməti 150 avro olacaq.

Emil Hüseynov



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024