12px13px15px17px
Tarix:30/07/11

“Toshiba” şirkəti yeni nəsil fləş yaddaş mikroçipləri istehsalına başlayır

“Toshiba” korporasiyası 24 nanometr texnologiya üzrə quraşdırılan NAND fləş yaddaş modullarının istehsalına başlamaq niyyətindədir.
32 nanometr metodikadan "incə" texnoloji prosesinə keçid məlumatların saxlanılmasının sıxlığını yüksəltməyə, sürəti artırmağa və məmulatların maya dəyərini azaltmağa icazə verir.
Yaddaş modulları hər biri 64 Qbit (və ya 8 QB) həcmində olmaqla 16-ya qədər NAND çipi birləşdirə bilər, bu isə 128 QB tutum - bu sahədə ən yüksək göstəricilərdən biri deməkdir. Məmulatlar birləşdirilmiş kontrollerə malikdirlər və tamamiilə “e-MMC” standartına uyğundurlar.
24 nanometr “e-MMC” modullarının ən müxtəlif portativ qurğularda – smartfon, planşet, mediapleyer və digər cihazlarda tətbiq ediləcəyi gözlənilir.



Baxış sayı: 2245

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024