12px13px15px17px
Tarix:28/02/13

Gələn həftə Bakıda “İnnovasiya günü” keçiriləcək

Mart ayının 6-da "Four Seasons" mehmanxanasında, "Microsoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə ənənəvi "İnnovasiya günü" adlı tədbir keçiriləcək.

"Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov bildirib ki, "İnnovasiya günü" şirkət tərəfindən işlənib hazırlanmış son yeniliklərə həsr olunmuş illik tədbirdir.

Onun sözlərinə görə, tədbir çərçivəsində, həmçinin, yeni məhsulların texniki imkanları və üstünlükləri haqqında məlumat veriləcək. R.Hacıəlibəyov qeyd edib ki, şirkətin bu qlobal tədbiri "İnformasiya və kommunukasiya ilinə" həsr edilib.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, Rusiya və Azərbaycanda Microsoft texnologiyaları üzrə məsləhətçi mütəxəssislər Maksim Boçarov və Qaçay Mirzəyevin çıxışları gözlənilir.

"İnnovasiya Günü" çərçivəsində "Microsoft" korporasiyasının yenilikləri təqdim ediləcək, habelə, İKT ili üçün Azərbaycandakı inkişaf planları açıqlanacaq.

Eyni zamanda, tədbirdə "Microsoft"-un son məhsulları olan "Windows 8" əməliyyat sistemi, məhsuldar "Yeni office", həmçinin, "MS System Center 2012" və "MS Windows Server 2012"-nin üstünlükləri və yeni imkanları nümayiş etdiriləcək.





Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024