12px13px15px17px
Tarix:01/03/13

İlk çap maşını 140 il öncə bu gün təqdim edilib

1873-cü il martın 1-də “Remington” şirkəti ilk çap maşınının istehsalına başlayıb. Kristofer Şoulz silah, tikiş maşınları və kənd təsərrüfatı avadanlığı istehsalında ixtisaslaşmış şirkətə öz ixtirasını sənaye nümunəsinə çevirmək təklifi ilə müraciət edib.

O, hələ 1867-ci ildə çap maşınını yaratmışdı. Şoulz o zaman həmkarları Semuyel Soul, Karlos Qidden və Ceyms Deynsmor ilə birlikdə sürətli çap üçün qurğu yaratmağa qərar vermişdilər.

Sonrakı 5 il ərzində Şoulz qurğusunu təkmilləşdirib və onun istehsalına başlaya bilən şirkət axtarıb. Çap maşınının ilk alıcılarından biri yazıçı Mark Tven olub.

Emil Hüseynov



Baxış sayı: 4565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024