12px13px15px17px
Tarix:01/03/13

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, 1 mart vəziyyətinə əsasən, “.az” domen zonasında artıq 17705 domen adı qeydiyyatdan keçib.

Domenlərin böyük əksəriyyəti “.az” (15902) domeninin payına düşür. Həmçinin 686 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.

Sonrakı yerlər aşağıdakı kimidir:

1. .pro.az 4

2. .name.az 6

3. .biz.az 14

4. .info.az 25

5. .co.az 41

6. .pp.az 42

7. .int.az 45

8. .net.az 56

9. .org.az 90

10. .edu.az 160


İlin əvvəlindən ləğv olunan domenlərin sayı 298, qeydiyyata düşən domenlərin sayı isə 1060 təşkil edir.

“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib. Emil Hüseynov



Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024