12px13px15px17px
Tarix:01/03/13

“iPhone 5” qızıl və platinlə bəzədiləcək

“Brikk” dizayner şirkəti “iPhone 5” “ağıllı” telefonları üçün məhdud sayda “Brikk Trim Titanium Case” dəbdəbəli çexolları istehsal edib.

“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, çexollar dörd variantda əlçatandır: onlardan üçü qızılla, biri isə platinlə işlənib. Qızıl versiyaların hər birinin çəkisi ən azı 75 qram, platində isə 100 qramdır.

Qızıl versiyaların (sarı, çəhrayı və ya atlaz) qiyməti 11 min 160 dollar, platinli çexol isə 14 min dollar təşkil edir.

Ən tələbkar müştərinin istəyinə əsasən, çexollardan istənilən birini brilyant və ya digər qiymətli daşlarla bəzəmək olar. “Brikk” şirkəti hər bir çexolun satışından əldə etdiyi pulun bir hissəsini xeyriyyəçilik üçün sərf edəcək.

Emil Hüseynov



Baxış sayı: 2692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024