12px13px15px17px
Tarix:01/03/13

Magistraturaya sənəd verən şəxslərin informasiyaları Dövlət Elektron Məlumat Sistemində yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 623 bakalavrdan 21 083 nəfərinə dair məlumatlar yerləşdirilib.

“ICTnews ” elektron xəbər xidmətinə verilən məlumata görə, bu barədə TQDK-nın rəsmi internet səhifəsində elan yerləşdirilib. Elanda bildirilir ki, sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib. TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalavrların sayı 600 nəfərdir.

Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır. Ali təhsil müəssisələrini cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən il bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib. Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların sistemə vaxtında və düzgün daxil edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində xüsusi maddə nəzərdə tutulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanların rəhbər tutulmaqla “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi yaradıb. Bu fərmanla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Sistemin administratoru təyin edilib. Sistemin yaradılması, idarə olunması, proqram təminatının hazırlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də TQDK-ya həvalə edilib. Sistem TQDK tərəfindən 28 mart 2012-ci il tarixindən etibarən istifadəyə verilmiş və təhsil müəssisələri tərəfindən sistemə bakalavriat və magistratura səviyyələri, orta ixtisas təhsili pilləsi üzrə müxtəlif növ məlumatlar daxil edilib. Sistem eyni zamanda dövlət informasiya ehtiyatlarının reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə dövlət qeydiyyatına alınıb. SEYMUR Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 623 bakalavrdan 21 083 nəfərinə dair məlumatlar yerləşdirilib. “ICTnews ” elektron xəbər xidmətinə verilən məlumata görə, bu barədə TQDK-nın rəsmi internet səhifəsində elan yerləşdirilib. Elanda bildirilir ki, sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib. TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalavrların sayı 600 nəfərdir. Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır. Ali təhsil müəssisələrini cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən il bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib. Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların sistemə vaxtında və düzgün daxil edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində xüsusi maddə nəzərdə tutulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanların rəhbər tutulmaqla “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi yaradıb. Bu fərmanla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Sistemin administratoru təyin edilib. Sistemin yaradılması, idarə olunması, proqram təminatının hazırlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də TQDK-ya həvalə edilib. Sistem TQDK tərəfindən 28 mart 2012-ci il tarixindən etibarən istifadəyə verilmiş və təhsil müəssisələri tərəfindən sistemə bakalavriat və magistratura səviyyələri, orta ixtisas təhsili pilləsi üzrə müxtəlif növ məlumatlar daxil edilib. Sistem eyni zamanda dövlət informasiya ehtiyatlarının reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə dövlət qeydiyyatına alınıb. SEYMUR



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024