12px13px15px17px
Tarix:04/03/13

Yeni kainat yaradılır

“Canon” şirkəti yaxın günlərdə təqdim etdiyi “Canon MREAL Mixed Reality Headset” adlanan unikal cihazın köməkliyi ilə tezliklə reallığı dəyişdirərək dünyamızın sərhədlərini genişləndirəcəyinə dair söz verib. Yeni kainatdan zövq almaq üçün 125 min dollardan keçmək lazım gələcək.

“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, yeni cihaz effektli üçölçülü nümunələr yaradaraq istifadəçidə kompüter şəkillərinin real dünyamıza daxil olması təsiri yaradacaq. Cihaz “HM-A1” ekranı ilə təchiz edilib və “Software MP-100” proqram platformasında işləyir.

“Canon” şirkətindən fotoların emalı üçün yüksəksəviyyəli texnologiya və daxili sensorlardan əldə olunmuş informasiyadan istifadə edən “MREAL” cihazı bütün baş verənləri video kimi yazır. Bundan sonra video emal edilərək kompüter qrafikası ilə birləşdirilir.

Əldə edilən nəticə gözlərin qarşısında yerləşdirilmiş ekranda göstərilir. Nəticədə “Canon MREAL” istifadəçisi yeni, virtual reallıq adlanan dünyaya “yüklənir”. Yeni cihaz yalnız əyləncə üçün deyil, həmçinin avtomobil dizaynerlərinə, tədqiqatçılara, həkimlərə, muzey bələdçilərinə tikinti, sənaye, aerokosmik sənaye və sair bu kimi sahə üzrə işləyən mütəxəssislərə yardımçı olacaq.

Emil Hüseynov



Baxış sayı: 914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024