12px13px15px17px
Tarix:04/03/13

“Huawei” “ağıllı” telefon bazarında birinci olmağı planlaşdırır

“Huawei” şirkətinin top-meneceri Van Byaonun sözlərinə görə, şirkət “ağıllı” telefon bazarında birinci olmağı planlaşdırır. "Beş il əvvələ baxdıqda, “Apple” kiçik bir şirkət, “Samsung”, həmçinin nəhəng deyildi. Biz beş il sonra əvvəlcədən nələrin başa verəcəyini deyə bilmərik. Biz ən azı, üçüncü olacağıq. Bəlkə də birinci olduq" – Çin şirkətinin direktorlarından biri bildirib.

Van Byao bildirib ki, “Huawei” şirkətinin imkanları çox genişdir: şirkətdə yalnız radio ilə əlaqə texnologiyaları üzərində təxminən 10 min və proqram təminatı üzərində 45 min mütəxəssis işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Van Byao deyib ki, “Huawei” şirkəti büdcəyə uyğun və orta sinif aparatları istehsalına davam edəcək. Həmin aparatların dizayn və içliyi regiondan asılı olaraq fərqlənəcək.

Çin şirkətinin top-meneceri yeni aparatların “iPhone”-nun növbəti nəsilləri və digər istehsalçıların qurğuları ilə uğurla rəqabət aparacaq.

Emil Hüseynov



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024