12px13px15px17px
Tarix:01/08/11

“Alcatel-Lucent” “Microsoft”a güzəştə getdi

Kaliforniyada San-Dieqo şəhərinin Federal məhkəməsi “Microsoft” korporasiyasının “Alcatel-Lucent” şirkətinə 70 milyon dollar ödəməsi barədə qərar qəbul edib. “Alcatel-Lucent” şirkəti 2003-cü ildən “Microsoft” şirkətini patent pozuntusuna görə ittiham edirdi.
Əvvəlcə “Microsoft” korporasiyasının təxminən 1,5 milyard dollar ödəməli olduğu bildirilib, lakin “Microsoft” şirkətinin hüquqşünasları apellyasiya dinləmələrinin keçirilməsini təkid ediblər. Nəticədə cəriməni azaltmaq mümkün olub.
Şirkətlər arasında mübarizə 2003-cü ildə başlanıb. O zaman hələ müstəqil “Lucent Technologies”, həmçinin “Dell” və “Gateway Windows” əməliyyat sistemində bir sıra patentlənmiş funksiyalardan istifadə edildiyi üçün “Microsoft” şirkətindən lisenziya ayırmaları tələb etməyə başlayıb. Məhkəmənin birinci qərarı proqram nəhənginin sarsıdıcı məğlubiyyətini göstərib. Çünki bu qərara görə, korporasiya 1,52 milyard dollar ödəməli idi. Məhkəmə nəticəsində qeyd edilib ki, “Windows Media Player” məhsulu 2 patenti pozub. “Microsoft” korporasiyasında məhkəmənin son qərarını şərh etməyiblər, “Alcatel-Lucent” şirkətindən isə bildiriblər ki, onlar qərardan razıdırlar.


cybersecurity.ru



Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024