12px13px15px17px
Tarix:04/03/13

Mərkəzi Bank AZIPS və XÖHKS-in texniki platforma serverlərini yeniləyəcək

Azərbaycanın Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və "Oracle" Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üzrə açıq tender keçirir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MB-nın məlumatında deyilir. İddiaçı ən azı 5 (beş) ildən az olmayan müddətdə hüquqi və maliyyə cəhətdən müstəqil fəaliyyət göstərən şirkət olmalıdır.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək MB-nın inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.

Qeyd edək ki, tender təkliflərinin açılış proseduru cari il, 24 aprel tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

CAHANGİR



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020