12px13px15px17px
Tarix:04/03/13

İSB-nin informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayı açıqlanıb

01.03.2013-cü il tarixə olan məlumata əsasən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 6936 sığorta tələbi qeydiyyata alınıb.

İSB-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, qeydiyyata alınmış sığorta tələblərindən 6741-i üzrə sığorta ödənişləri həyata keçirilib, 36 sığorta tələbi üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 159 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği isə 10 milyon 500 min manatı ötüb.

CAHANGİR



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024