12px13px15px17px
Tarix:04/03/13

Azərbaycanda Milli ödəmə nöqtəsi brendi - “Milliön” təqdim edilib

"Komtech" şirkəti bu gün yeni "Milliön" (Milli ödəmə nöqtəsi) brendini təqdim edib. Belə ki, bundan sonra paytaxtın müxtəlif yerlərində, metro stansiyalarda, keçid və iri ticarət obyektlərində rastlaşdığınız "Paypoint"lar yeni brend altında fəaliyyət göstərəcək.

"Komtech" şirkətinin icraçı direktoru Zöhrab Fərhadov yeni brendin təqdimat mərasimində çıxışında bildirib ki, "Milliön" həftədə 7 gün 24 saat fəaliyyət göstərən, etibarlı nağd və onlayn ani elektron ödəmə üsuludur və əhalinin bütün xidmətləri rahatlıqla bir nöqtədən ödəməsi vasitəsidir. "Milliön" ödəmələri 4 vasitə ilə qəbul edir: köşk, POS-terminal, PC kassir və onlayn rejimdə. Bu sistem vasitəsi ilə köçürülən ödəmələr ani olaraq hesaba oturur.

Hazırda ölkə ərazisində "Milliön"-ün 700 köşkü, 1280 POS-terminalı və 1400 PC kassiri fəaliyyət göstərir", - deyərək Z. Fərhadov qeyd etdi.

Z. Fərhadovun  ICTnews"a verdiyi məlumata əsasən, bu ilin sonuna kimi daha 3000 terminalın və 2000 köşkün quraşdırılması planlaşdırılıb, bununla da regionlarda köşklərin sayının 150-dən 600-700-dək artırılması nəzərdə tutulub. "Son bir il ərzində bizim sistem vasitəsi ilə həyata keçirilən tranzaksiyaların sayı 26,2 mln. olub. Hazırda bizim xidmətlərdən 4 mln. nəfər mütəmadi olaraq istifadə edir, bu da demək olar, əhalinin 50%-ni təşkil edir", - Z. Fərhadov dedi.

AYNUR



Baxış sayı: 5391

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024