12px13px15px17px
Tarix:05/03/13

Elmin İnkişafı Fondu “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə, qısamüddətli təcrübə keçmədə iştirak, alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən EİF-dən bildirilib ki, fond 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsinin keçirilməsi haqqında qərarını 7 yanvar 2013-cü il tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan edib və qrant layihələrinin qəbulu üçün müddəti 2013-cü il 8 yanvar - 8 fevral tarixlərini müəyyənləşdirib.

Bu müddət ərzində EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil etmiş, telefon və elektron poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirib: “Göstərilən müddət ərzində müsabiqəyə 29 layihə daxil olub. 2013-cü il 9 fevral – 27 fevral tarixlərini əhatə edən müddətdə bu layihələrin ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

EİF-in icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını ekspertiza qaydalarına uyğun olaraq qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün arayışlar hazırlayıb”. EİF-in icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş hər bir layihə üzrə hazırladığı və müvafiq məlumatların daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurasının 2013-cü il 1 mart tarixli iclasında baxılıb, layihələr müzakirə olunub və yekun qərar qəbul edilib.

2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilib və EİF-in 2013-cü il 1 mart tarixli qərarı ilə təsdiq olunub. 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 52 000 manat olub. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində EİF-in icraçı direksiyası ilə qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.

HƏQİQƏT



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020