12px13px15px17px
Tarix:05/03/13

“Azərpoçt” dövlət büdcəsindən ayrılan dotasiyalardan imtina edə bilər, əgər...

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt”un dövlət büdcəsindən ayrılan dotasiyalardan imtina etməyə hazır olduğunu bəyan edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, hazırda “Azərpoçt” universal xidmətləri maya dəyərindən aşağı qiymətə təqdim edir.

“Azərpoçt universal poçt xidmətlərini bazar qiymətlərindən 5-10 dəfə aşağı tariflərlə təqdim edir, bunun nəticəsində bu xidmətlərin rentabelliyi olduqca aşağı səviyyədədir. Bu xidmətlərdən gələn gəliri artırmaq üçün, universal poçt xidmətlərinin tariflərinin “Azərpoçt” tərəfindən sərbəst şəkildə müəyyən edilməsi daha məqsədəuyğun olardı.

Belə olduğu halda “Azərpoçt” rəqabətli qiymətlərlə bazarda fəaliyyət göstərmək imkanını əldə edər və artıq dövlət dotasiyalarına ehtiyac qalmaz”, - deyərək N. Məmmədov qeyd edib.

Aynur VƏLİYEVA



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024