12px13px15px17px
Tarix:05/03/13

2013-cü ildə “Android” və “iOS” mobil bazarda ağalıq edəcək

“ABI Research” analitiklərinin proqnozuna əsasən, 2013-cü ildə mobil tətbiq yükləmələrinin ümumi sayının 58%-i “Android” mobil əməliyyat sisteminin, 38%-i isə “Apple” şirkətinin “iOS” platformasının payına düşəcək.

Analitik şirkət populyarlığın ölçü vahidi qismində mobil sistemlər üçün yüklənilən tətbiq və oyunların sayını əsas götürüb. “ABI Research” analitik şirkətinə görə, 2013-cü ilin sonunadək “ağıllı” telefonlar üçün tətbiq yükləmələrinin ümumi sayı 56 milyard olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “ABI Research” analitik şirkətinin bu il üçün proqnozuna görə, “Google Android” platformasının bazar payı 57%, “iOS”-da isə 21% təşkil edəcək. Lakin bu proqnoz digər bir analitik agentliyin göstəricilərindən bir qədər fərqlənir.

Belə ki, “Strategy Analytics” şirkətinə görə, "iki nəhəng"in bazar payı birlikdə 92% təşkil edəcək. Statistik şirkətlərin ümumi göstəricilərinin fərqli olmasına baxmayaraq, bir məsələ uyğun gəlir ki, “Android” platformasının bazar payı rəqibləri ilə müqayisədə daha çox olacaq.

Emil Hüseynov



Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024