12px13px15px17px
Tarix:06/03/13

Azərbaycanın 2 ali məktəbi arasında növbəti onlayn bağlantı təşkil olunub

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Naxçıvana səfəri çərçivəsində əldə olunan razılığa əsasən hər həftə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında Amerikanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə və s. mövzulara həsr olunan onlayn bağlantı həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, bu həftə keçirilən onlayn bağlantı isə Amerika cəmiyyəti, dəyərləri və mədəniyyəti mövzusuna həsr olunub və ingilis dilində aparılıb. Tələbələr mövzunu böyük maraqla qarşılayıblar. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstar Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında keçirilən onlayn bağlantıda məruzə edib. Xanım Feyt Pirs Morninqstar Amerika cəmiyyəti, mədəniyyəti və dəyərləri haqqında geniş məlumat verib.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli onlayn bağlantıda iştirak edərək, təhsil sisteminə inteqrasiya baxımından Amerika ilə beynəlxalq tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edək ki, canlı bağlantı diskussiya şəklində təşkil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

CAHANGİR



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024