12px13px15px17px
Tarix:06/03/13

“Sazz 4G İnternet” 8 Mart münasibətilə xanımlara xüsusi hədiyyə kampaniyası keçirir

"Sazz 4G İnternet" şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün xüsusi hədiyyə kampaniyasını elan edib. Bu kampaniyada iştirak edən bütün xanımlara "Sazz İnternet"ə bağlanmaq üçün gərəkli olan USB modemi hədiyyə ediləcək.

Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq ikiaylıq abunə haqqını (50 AZN) ödəmək kifayətdir. Bayram kampaniyası yalnız yeni müştərilər üçündür və 7,8,9 və 10 mart tarixlərində keçiriləcək.

Hədiyyə kampaniyasından faydalanmaq istəyən bütün xanımlar "Sazz İnternet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisindən və istənilən "Sazz 4G" satış nöqtəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azərbaycanda "Mobile WiMAX 4G" texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan "Sazz 4G İnternet" 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub.

"Sazz İnternet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən "Sazz İnternet" 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

RƏVAN



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024