12px13px15px17px
Tarix:07/03/13

Milli poçt operatoru sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasına maraq göstərir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt"un sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasında maraqlıdır. Nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, "Azərpoçt" ölkədən göndərilən pul köçürmələrinin artması ilə yanaşı, həm də ölkə daxilində həyata keçirilən pul köçürmələrinin artmasında maraqlıdır.

«Bu xidmətlər kənd əhalisinin pul köçürmələrini almaq üçün rayon mərkəzlərinə getməsini azaldar. Bu gün biz pul köçürmələri üzrə əməliyyatları 4 sürətli pul köçürmələri və bank pul köçürməsi sistemləri üzrə aparırıq. Poçt şöbələrində, həmçinin valyuta mübadiləsi xidməti göstəririk ki, bu da köçürməni istənilən pul vahidi şəklində almağa imkan verir», - deyərək N. Məmmədov bildirib.

Nazirliyin poçt sektorunun rəhbərinin sözlərinə görə, "Azərpoçt" bir neçə dəfə İranla "Secured Transfer of Electronic Financial Information" (STEFI) üzərindən pul köçürmələri üzrə mübadilənin təşkili sahəsində uğursuz cəhdlər göstərib. «İranın poçt operatoru bizə texnoloji nöqteyi-nəzərdən geridə qalmış, kağız daşıyıcılar vasitəsi ilə sadə pul köçürmələrini həyata keçirməyi təklif edib, lakin biz bundan imtina etdik, çünki bu sistem qeyri-operativdir, köçürülən pul ünvanına 15-30 gün ərzində çatdırılır. Ümumiyyətlə isə, biz bu istiqamətdə MDB ölkələrinin poçt operatorları ilə uğurla əməkdaşlıq edirik», - deyə N. Məmmədov qeyd edib.

Qeyd edək ki, ötən il Ukrayna ilə STEFI sistemi üzrə sürətli pul köçürmələrinin mübadiləsinə başlanılıb, bu ilin 1-ci kvartalı ərzində isə eyni sistem Belarus ilə istifadəyə buraxılacaq.

AYNUR



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024