12px13px15px17px
Tarix:07/03/13

Qiymətli kağızlarla məşğul olanlar kompüter və telekommunikasiya sistemləri haqqında məlumat verəcək

Nazirlər Kabineti "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarına dəyişiklik edib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu dəyişiklik «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən və qiymətli kağızlar bazarında peşəkar iştirakçıların, habelə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin lisenziyalaşdırılması üzrə şərtlərin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinə (broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərə əlavələr edilib.

Bu əlavələrə eləcə də istifadə ediləcək ofis sahəsində, müvafiq peşəkar fəaliyyətin həyata keçirilməsinə imkan verən kompüter və telekommunikasiya sistemləri, elektron mühasibat proqramları haqqında məlumat daxildir.

SEYMUR



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024