12px13px15px17px
Tarix:11/03/13

İnternetdən alınan kitab, musiqi və kinonu satmaq mümkün olacaq

“Apple” şirkəti, istifadəçilərin aldıqları rəqəmli kontentə olan hüquqları digər insanlarla paylaşmaq imkanı verən sistem tərtib edib. “Apple Insider” bloqunda yerləşdirilmiş məlumata əsasən, sistem, ABŞ Patent idarəsinə təqdim edilmiş patent sifarişində tam təfərrüatı ilə təsvir edilib.

Patentə uyğun olaraq, sistem istifadəçisi internet-dükanda aldığı elektron kitabları, musiqini, teleserialları və filmləri satmaq hüququna malikdir, lakin bu, yalnız kontent yaradıcısının şərtlərinə uyğun şəkildə həyata keçirilə bilər. Kontent yaradıcısı təkrar satış sayını məhdudlaşdıra bilər, həmçinin təkrar satışın hansı müddətdən sonra mümkün olduğunu əvvəlcədən müəyyən edə bilər.

Sistem kitabları, musiqini və kinonu nəinki satmağı, həm də bağışlamağı kirayəyə verməyə icazə verir, lakin bu halda istifadəçi kontentə olan hüquqlarını itirir. Bu razılaşmada vasitəçi timsalında kontentin salındığı internet-dükan çıxış edir.

“Apple”, dükanın və ya kontent yaradıcısının təkrar satışda müəyyən məbləğdə gəlir əldə etməsini istisna etmir. “iTunes” və “Google Play” daxil olmaqla, müasir internet-dükanları, istifadəçilərə aldıqları proqramları, filmləri, musiqini və s. digərinə verməyə icazə vermir.

Lakin rəqəmli kontentin ötürülməsini leqallaşdırmağı bir sıra şirkət təklif edib, misal üçün, 2009-cu ildə “Amazon”, patent sifarişində “Rəqəmli obyektlərin təkrar satış bazarı” adlı sistemi təsvir edib.

AYNUR



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024