12px13px15px17px
Tarix:11/03/13

Gələn həftə dünyanın ən böyük radioteleskopu işə salınacaq

Gələn həftə Çilinin dağlıq yaylalarından birində dünyanın ən böyük yerüstü kosmik teleskopu işə salınacaq. Teleskop 66 ədəd yerüstü parabola şəklində olan antenadan ibarətdir. "Atacama Large Millimeter/Submillimeter Array" (ALMA) adlanan yeni teleskopun rəsmi təqdimetmə mərasiminin martın 13-də keçiriləcəyi gözlənilir.

Onun tikintisinə 1.3 milyard dollardan çox vəsait qoyulub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "ALMA" Şimali Amerika, Avropa və Asiyanın bir sıra ölkələrinin həyata keçirdiyi birgə layihədir. Kosmik teleskop dağlıq yaylada quraşdırılıb. "ALMA" coğrafi mövqeyinə görə planetin ən quru səhrası olan Atakamada yerləşir.

Burada, demək olar ki, yağıntı düşmür və səma çox aydın və şəffafdır. Bu isə kosmik tədqiqatlar üçün əlverişli şərait sayılır. Mütəxəssislər "ALMA" vasitəsilə ən uzaq və köhnə qalaktikalar haqqında yeni məlumatlar əldə edəcəklərinə ümid edirlər.

Onlar bildirirlər ki, "ALMA"-nın gücü hazırda planetdə fəaliyyət göstərən istənilən digər radioteleskopdan 100 dəfə daha çoxdur. "Alma" texniki cəhətdən hər birinin diametri 12 metrə bərabər 66 antenadan ibarətdir. Alimlərin sözlərinə görə, bu cür texniki xüsusiyyətlər ən uzaqda yerləşən qalaktikaların öyrənilməsi üçün kifayət edəcək.

Emil Hüseynov



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024