12px13px15px17px
Tarix:11/03/13

İran hakimiyyəti virtual şəxsi şəbəkələrə girişi blokladı

İran hakimiyyəti ölkə ərazisində "VPN" xidmətlərə girişi bloklayıb, çünki istifadəçilər onların vasitəsilə qoyulmuş məhdudiyyətləri aradan qaldıra bilirdilər. "Röyters" xəbər agentliyi bildirir ki, bu barədə martın 10-da informasiya və kommunikasiya texnologiyaları üzrə parlament komitəsinin direktoru Ramazanlı Subhani Fard bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, parlament üzvünün sözlərinə görə, son bir neçə gün ərzində "qeyri-leqal VPN portlar" bloklanıb, iranlı istifadəçilər isə yalnız "qanuni və qeydə alınmış" "VPN" xidmətlərdən istifadə edə bilərlər. O, həmçinin əlavə edib ki, bloklanma səbəbindən ölkə ərazisində "Google" və "Yahoo!" kimi resurslara giriş bağlanıla bilər.

Yerli vətəndaşlar "VPN" xidmətlərin bloklandığını təsdiq ediblər. İranlı istifadəçilərdən biri bildirib ki, adıçəkilən resurslardan başqa, "Skype" və "Viber" internet-telefoniya xidmətləri də əlçatmaz olub. "VPN" (Virtual Private Network, virtual şəxsi şəbəkə) xaricdən şəxsi şəbəkələrə şifrələnmiş qoşulma həyata keçirməyə imkan verən texnologiyadır. İstifadəçilər bu texnologiya vasitəsilə dövlət tərəfindən qadağan olunmuş saytlara girə, həmçinin izlənmədən qoruna bilər.

Emil Hüseynov



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024