12px13px15px17px
Tarix:11/03/13

“Bakinternet” dövlət provayderi internet xidmətləri bazarında liderliyi özündə saxlayır

Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib.

“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı cüzi miqdarda azalaraq 23,4 % təşkil edib.

Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər.

Son aylar ərzində “Aztelekom”un bazar payı cüzi artaraq 15,7% təşkil edib, “Uninet”in payı 12,4% qalıb, “Azeronline”-nın – 10,1%, “Connect”in – 6,3%, “Dataplus”un – 6,4% olub.

Onların ardınca 4,5% bazar payı ilə “Azqtel”, 3,07% –“Adanet”, 2,5% –“Ultel”, 2,4% - “Azstarnet”, 1,8% -Smart,1,7% - “Avirtel”, 1,3% -“Azeurotel”, “Castel” şirkəti fəaliyyətini aktivləşdirərək bazar payını 1,3%-dək artırıb, “Azstatenet”in  payı həmişəki kimi 1,2% təşkil edib.

Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01–1,21% ətrafında. Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024