12px13px15px17px
Tarix:13/03/13

Pan Gi Mun insanları öz dünyalarını qurmağa səslədi

"2015-ci ildən sonra dünyanın inkişaf konsepsiyası hamı üçün qlobal, tarazlaşdırılmış, universal və münasib olmalıdır".

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri BMT-nin baş katibi Pan Gi Mun "Mənim dünyam" kampaniyası çərçivəsində səsləndirib.

O bildirib ki, hər bir insan BMT-nin gündəliyinə öz fikirlərini daxil edə bilər. Pan Gi Mun dünya əhalisini gələcəyi birlikdə müəyyən etmək üçün BMT-nin təşkil etdiyi "Mənim dünyam" adlı virtual sorğuda iştirak etməyə çağırıb:

""Mənim dünyam" kampaniyası inkişaf prosesinə təsir edəcək məsələlər ətrafında daha geniş müzakirənin aparılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Hər bir kəs veb-portala daxil olaraq maraqlı və narahatlıq doğuran məsələləri qeyd edə bilər".

Məlumat üçün bildirək ki, müzakirəyə çıxarılan mövzular telefon və internetdən tutmuş, gender bərabərliyi, ərzaq təhlükəsizliyi, təbiət, səhiyyə, təhsil, cinayətkarlıqla mübarizə, iqlim dəyişikliyi və s. bu kimi məsələləri əhatə edir.

SEYMUR



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024