12px13px15px17px
Tarix:14/03/13

“Facebook”da oyun oyna yerli mobil operatordan hədiyyə qazan

Novruz Bayramında "Azercell Telekom" MMC nə abunəçilərini, nə də virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi "Facebook" səhifəsinin " www.facebook.com/azercell " üzvləri üçün yeni "Novruz sevinci" adlı kampaniyaya start verilir.

6 günlük kampaniya müddətində hər bir "Facebook" istifadəçisi "Azercell"in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün "Novruz sevinci" tətbiqetməsinə qoşulmaq lazımdır. "Facebook" istifadəçiləri oyun zamanı Novruz Bayramının simvolları olan virtual hədiyyələri toplayır və buna uyğun xallar qazanır.

Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 AZN-lik "Sim-Sim" danışıq kartları əldə edir. Qeyd edək ki, "Novruz sevinci" tətbiqetməsi "Barama" İnnovasiya Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlamış "Codega" şirkəti tərəfindən hazırlanıb.

Oyunun qaydaları çox sadə olduğundan, hər bir FB istifadəçisi "Novruz sevinci"nə qatılıb hədiyyə qazana bilər.



Baxış sayı: 1133

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024