12px13px15px17px
Tarix:14/03/13

Diplomatik Akademiyada ali məktəb rəhbərləri üçün “FARABI” sisteminin təqdimatı keçirilib

Azərbaycan Diplomatik Akademiyasında (ADA) Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə bütün ali məktəblərin rektorları və səlahiyyətli mühasibat mütəxəssisləri üçün ölkə üzrə artıq pilot təşkilatlarda tətbiq olunmağa başlanmış "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları (FARABI)" layihəsinin geniş təqdimatı və işlərin gedişinin müzakirəsi keçirilib.

Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, sözügedən layihə Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" çərçivəsində icra olunur. Tədbirdə maliyyə naziri Samir Şərifov layihənin aktuallığını və əhəmiyyətini şərh edib, tətbiq prosesinin gedişi barədə ümumi məlumat verib.

"FARABI" layihəsi daxilində tətbiq olunan əsas sistem – müəssisənin resurslarının planlaşdırılması sistemi (SERP) haqqında "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev geniş təqdimatla çıxış edib. Pilot təşkilatlardan Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı rəhbərlik etdikləri müəssisələrdə sistemin tətbiqi ilə əlaqədar öz rəylərini bildiriblər.

Müzakirələrdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov da çıxış ediblər. Təqdimatda iştirak edən təhsil naziri Misir Mərdanov da bu genişmiqyaslı layihə barədə öz fikirlərini paylaşıb.

Təqdimatın yekununda Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev belə bir əhəmiyyətli tədbirin rəhbərlik etdiyi müəssisədə keçirilməsindən məmnunluğunu bildirib.

HƏQİQƏT



Baxış sayı: 945

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020