12px13px15px17px
Tarix:14/03/13

ABŞ prezidenti şirkət rəhbərləri ilə kibercasusluq problemini müzakirə edib

ABŞ prezidenti Barak Obama ötən gün Amerikanın ən böyük şirkətlərinin direktorları ilə görüşərək onlarla kibercasusluqla mübarizə məsələləri, həmçinin kompüter şəbəkələrinin “sındırılması” yolu ilə məxfi kommersiya informasiyasının ələ keçirilməsi problemini müzakirə edib.

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, administrasiya rəsmisinin sözlərinə görə, görüşdə ABŞ-ın müdafiə, sənaye, yüksəktexnologiya və bank sektorlarını təmsil edən 13 ən böyük korporasiyası iştirak edib.

Görüş zamanı, həmçinin hökumət və özəl müəssisələr arasında kiberhücumlar haqqında informasiya mübadiləsi məsələləri müzakirə edilib. “Hannuel” sənaye-texnologiya korporasiyasının direktoru Devid Kout deyib ki, bütün iştirakçılar sənaye casusluğunun real təhdid olduğu barəsində eyni fikirdədirlər.

“Bu problem bizim ölkə üçün aktualdır” – deyə o, jurnalistlərə bildirib. Kibertəhlükəsizlik problemi Ağ Evdə prioritet məsələlərdən sayılır. Ötən ay Barak Obama ölkə infrastrukturasının son dərəcə əhəmiyyətli obyektlərinin kibertəhlükəsizliyinin möhkəmləndirilməsi üçün fərman imzalayıb.

Emil Hüseynov



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024