12px13px15px17px
Tarix:15/03/13

“Veb-təhsil” konfransı keçirilib

Xəzər Universitetində «veb-təhsil» ("web-təhsil") konfransı keçirilib. Tədbir "Microsoft Azərbaycan", "IREX Azərbaycan", Təhsil Nazirliyinin "Elekton Təhsil" Respublika müsabiqəsi, "Mədəd Azərbaycan", Azərbaycan İnternet Forumunun dəstəyi ilə "Youth Network of Azerbaijan" Gənclər Təşkilatı tərəfindən düzənlənib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransın məqsədi Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək, yeni texnologiyaların təhsildə tətbiq olunması məsələsini gündəmə gətirməkdi.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli təmsil etdiyi universitetin təhsil sistemində yeni texnologiyaları tətbiq etmələrindən danışaraq bildirib ki, bu, həm təhsilin səviyyəsinin yüksəlməsinə, həm də böyük nəticələr əldə olunmasına geniş imkanlar yaradır.

Daha sonra layihənin baş sponsoru "Azedunet" şirkətinin marketinq direktoru Elmira Abbasova şirkətin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb və bu tipli layihələrə dəstək olmağa hər zaman hazır olduqlarını bildirib. Son olaraq isə layihə koordinatoru və YNA təsisçisi Elgün Yusifbəyli çıxış edərək konfransın təşkil olunmasındakı əsas məqsədləri vurğulayıb.

Açılış çıxışlarından sonra ilk panel başlanıb. Paneldə Azərbaycan internet məkanında ana dilimizdə olan təhsil resurslarının bugünkü vəziyyəti, həmin resursların artırılması istiqamətində görüləcək işlər haqqında müzakirələr aparılıb.

SEYMUR



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024