12px13px15px17px
Tarix:15/03/13

Yeni zona kodlarının tətbiqi prosesi istifadəçilərə nömrə yığımında rahatlıq yaradacaq

Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqi ilk növbədə nömrə resurslarından səmərəli istifadəyə imkan verir. Yeni zona kodlarının tətbiqi nəticəsində şəbəkənin vahid 7 rəqəmli (XXX XX XX) nömrələnmə sisteminə keçirilməsi rayon, şəhər və qəsəbələr üzrə mövcud olan 66 ədəd zona kodlarının 10 ədəd zona kodları ilə əvəz edilməsi, standart yığım formatının tətbiq edilməsi üçün əlverişli şərait yaradıb.

Eyni zamanda bu proses istifadəçilərə nömrə yığımında rahatlıq və sistemlilik yaradır. Yenilik kanallardan səmərəli istifadə edilərək, bölgələr üzrə alternativliyin təmin edilməsi, zona kodlarından səmərəli istifadə olunması və yeni xidmətlərin tətbiqi sahəsində də xüsusi əhəmiyyətə malikdir.

Bu məqsədlə bölgələr üzrə abunəçilərin mövcud telefon nömrələri saxlanılıb və həmin telefon nömrələrinin qarşısına müvafiq prefikslər əlavə edilib.

Respublika şəbəkəsinin vahid "XXX XX XX" formatlı nömrələnmə sisteminə keçirilməsi və zonalar nəzərə alınmaqla müxtəlif şəhər və rayonlara vahid zona kodları üzərindən yığımların təşkil edilməsi üçün ölkə üzrə cəmi 10 ədəd yeni zona kodlarından istifadə təşkil edilib. Yeni nömrələnmə planında Bakı və Sumqayıt şəhərləri, həmçinin Naxçıvan Muxtar Respublikasının zona kodları (analoji olaraq 012, 018 və 036 zona kodları) olduğu kimi saxlanılıb.

Qeyd edək ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilən Azərbaycana Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən beynəlxalq yığımların təşkil edilməsi məqsədi ilə 994 ölkə kodu ayrılıb. Şəbəkənin standartlara uyğun təşkil edilməsi məqsədi ilə Azərbaycanda "Nömrələnmə sistemi və perspektiv nömrələnmə planı" 20.04.2001-ci il tarixli 14 nömrəli kollegiya qərarı ilə təsdiq edilib.

Həmin dövrdə "Xüsusi xidmətlər" üzrə yığımlar "0X", şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar isə "8 və 8-10" vasitəsi ilə həyata keçirilirdi. Nömrələnmə planında Bakı şəhəri üzrə "XXX XXX", bölgələr üzrə isə "XXX XX" və ya "XXX" formatı tətbiq edilirdi.

BTİ-nin tövsiyələri nəzərə alınaraq, Azərbaycanda 2002-ci ildən etibarən "Xüsusi xidmətlər" üzrə yığımlar "1XX", 2003-cü ildən isə şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar "0" və "00"-la əvəz edilib. 2004-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında, 2005-ci ildə Sumqayıt şəhərində və 2010-cu ildə Naxçıvan şəhərində standart 7 rəqəmli (XXX XX XX- zona kodu nəzərə alınmadan) yığımlar təşkil olunub.

2011-ci ildə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılmasını nəzərə alaraq, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid 7 rəqəmli nömrələmə sisteminə keçirilməsi üçün "Yeni zona kodlarının tətbiqi" barədə təkliflər hazırlanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-Texniki Şurasının müzakirəsinə təqdim edilərək təsdiqlənib.

Yeni zona kodlarının tətbiqinə 01.08.2011-ci il tarixindən başlanılıb, şəhərlərarası və beynəlxalq istiqamətlərdən daxil olan çağırılar yeni yığımlarla təşkil edilib və bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.

Yeni sistemə keçidlə əlaqədar olaraq isə artıq aprelin 1-dən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Yığım zamanı ətraflı məlumata ehtiyac duyularsa, əhali yerli telekommunikasiya qovşaqları, "Aztelekom" İB-yə və ya müxtəlif internet resurslarına müraciət edə bilərlər.

Kodlarla burda tanış olmaq olar.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın