12px13px15px17px
Tarix:16/03/13

Parisdə kiçik və orta müəssisələr üçün internet texnologiyaları təqdim olunacaq

"Solutions Intranet et Collaboratif 2013" kiçik və orta müəssisələr üçün internet texnologiyaları və hazırlamaları əsasında biznes üçün alətlər təklif edir. Tədbir bazarın aparıcı oyunçularının yeni məhsullarının təqdim olunduğu sərgi ilə məhdudlaşmır.

Sərgi ilə yanaşı, əsas ekspertlərin iştirakı ilə 14 konfrans və "dəyirmi masa", 40 seminar, nümayiş və fərdi görüş təşkil olunacaq. 2005-ci ildən etibarən ənənəvi olaraq ildə bir dəfə təşkil olunan tədbir böyük miqdarda mütəxəssis cəlb etmək niyyətindədir.

"Solutions Intranet et Collaboratif" 26-28 mart tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Sərgidə korporativ daxili şəbəkələrin effektivliyini ikiqat artırmağa, idarəetmə və kontrol proseslərini optimallaşdırmağa kömək edəcək texniki vasitələr, metodlar və xidmətlər diqqətə çatdırılacaq.

CAHANGİR



Baxış sayı: 1500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024