12px13px15px17px
Tarix:16/03/13

Gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi.

MHM tərəfindən 15.03.2013 tarixinə 10 000 elektron imza vəsiqəsi verilib. Belə ki, həmin tarixə dövlət qurumlarına verilmiş sertifikatların sayı 7082, hüquqi şəxslərə verilmiş sertifikatların sayı 221, vətəndaşlara verilmiş sertifikatların sayı isə 2761 olub.

Qeyd edək ki, vətəndaşlar üçün “Elektron hökumət” portalına daxilolma prosedurları daha da sadələşdirilib. Artıq kod-parol və e-imzanı elektron şəkildə əldə etməklə yanaşı, vətəndaşlar kod- parol zərflərini poçt şöbələrindən də əldə edə bilərlər. Poçt şöbələrindən pin zərfləri əldə etmək üçün çox sadə bir identifikasiya proseduru tələb olunur.

Mərkəzdən bildirilib ki, artıq 15.03.13 tarixə 7000 vətəndaş sadələşdirilmiş kod-parol əldə edib. Dövlət qurumlarından elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, 3 illik elektron imza sertifikatlarının qiyməti 135 AZN-dən 80 AZN-ə salınıb. Kod-parolun onlayn əldə edilməsi üçün “reg.ehdis.az” səhifəsinə daxil ola bilərsiniz. Elektron imza vəsiqələrinin onlayn əldə edilməsi üçün “reg.e-imza.az” səhifəsinə daxil ola bilərsiniz.

HƏQİQƏT



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020