12px13px15px17px
Tarix:16/03/13

15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktı elektron formata köçürülüb

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində qeydiyyata alınmış 15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktı elektron formata köçürülüb.

"Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin tamlığı təmin edilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb, 2012-ci ildə 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşrin uçotu aparılıb.

Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3.800-ü, mətbu nəşrlərin sayı isə 4.700-ü ötüb.

HƏQİQƏT



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024