12px13px15px17px
Tarix:18/03/13

“Panasonic” plazma panellərin istehsalından imtina edir

Yaponiyanın "Panasonic" korporasiyası televizor və digər qurğular üçün plazma panel istehsalından tamamilə imtina etmək niyyətindədir. Korporasiya maye kristal ekran istehsalçıları ilə apardığı rəqabət mübarizəsində öz məğlubiyyətini etiraf edib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, plazma panellərin istehsalının dayandırılması haqqında rəsmən bu ay ərzində məlumat veriləcək. Eyni zamanda korporasiyanın ortamüddətli inkişafa əsaslanan iş planı dərc ediləcək.

Məlumat üçün bildirək ki, 1997-ci ildə "Panasonic" korporasiyası plazma panel istehsalına başlayıb. Bu panellər televizorda yüksək keyfiyyətli təsvirin göstərilməsini təmin edirdi.

Lakin daha ucuz maye kristal ekran istehsalçıları onların sahəsini təsvirin keyfiyyətini itirmədən böyütmək bacarığına yiyələndikdən sonra plazma panellər öz rəqabət üstünlüyünü itirməyə başlayıb. Belə olan halda "Panasonic" şirkəti bu cür displeyləri digər sahələrdə, məsələn, onları elektron yazı lövhəsi kimi təklif etməyə başladı. Lakin bütün bu addımlar böyük uğura səbəb olmadı.

"Panasonic" hazırda çətin dövrünü yaşayır. 2012 maliyyə ilinin yekununa görə, korporasiyanın proqnozlaşdırılan zərəri təxminən 7 milyard dollar təşkil edir.

"Panasonic" dördüncü maliyyə ilini ardıcıl olaraq zərərlə başa vurur. Şirkət çətin vəziyyətdən çıxmaq üçün Tokioda yerləşən iki ofis binasını satmış və Nyu-Yorkda yerləşən Amerika qərargahını satışa çıxarıb.

Emil Hüseynov



Baxış sayı: 425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.