12px13px15px17px
Tarix:19/03/13

Gənclər və İdman Nazirliyi yeni saytını istifadəyə verib

Gənclər və İdman Nazirliyinin yeni internet saytı (www.mys.gov.az ) yaradılıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sayt artıq ictimaiyyətin istifadəsinə təqdim olunub və hər kəs ondan sərbəst formada istifadə edə bilər. Nazirlikdən bildirilib ki, əvvəlki sayt köhnə formada və bəsit olduğu üçün yeni saytın yaradılmasına ehtiyac yaranıb. Yeni saytda isə bir çox məsələlərə, o cümlədən, ictimaiyyətin məlumatlandırılmasına daha çox yer ayrılıb.

Saytda elektron xidmətlər də yerləşdirilib və artıq istifadəyə təqdim edilib. Qeyd edək ki, sözügedən nazirlik 4 elektron xidmət təqdim edir. Onlar “Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu”, “İdman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması üçün müraciətin və sənədlərin qəbulu”, “Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak üçün müraciətin və sənədlərin qəbulu”, “Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin qəbulu”dur.

Bununla yanaşı, nazirlik daha 2 informativ xidmət göstərir. Bura “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması üçün müraciətin və sənədlərin qəbulu”, “Yarış məqsədli idman nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

SEYMUR



Baxış sayı: 1425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024