12px13px15px17px
Tarix:19/03/13

200 minə yaxın tələbəyə “Azərbaycan Tələbə Kartı” təqdim ediləcək

Hal-hazırda 90 mindən artıq tələbəyə “Azərbaycan Tələbə Kartı” təqdim edilib. Cari ilin iyun ayınadək bu prosesi yekunlaşdırmaq planlaşdırılır. Ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, dünyada ilk dəfə olaraq tələbə kartları Azərbaycanda dövlət hesabına təmənnasız olaraq təhsil müddəti bitənədək tələbələrin istifadəsinə veriləcək.

Qeyd edək ki, proses respublika prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyun olaraq həyata keçirilir. Belə ki, proqramın 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb. Təşəbbüs Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən dəstəklənib.

Azərbaycan “Gənc kart” vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Avropa Gənclər Kartı”nı Azərbaycanda “Xəzər” İnvestisiya Mərkəzi ilə birgə təmsil edir.

“Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.-dən güzəştlərlə istifadə etmək imkanını yaradacaq.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 2664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

31/03/20
Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqli

31/03/20
“Əşyalar interneti” avadanlığı bazarında illik 130% artım gözlənilir

“Juniper Research” analitik şirkəti “Əşyalar interneti (IoT)” üçün qlobal avadanlıqlar üzrə araşdı

31/03/20
“Microsoft” gözdən əlillər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim edib

“Microsoft” gözdən əllilər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim

31/03/20
Koronavirusu 5 dəqiqəyə aşkarlayan portativ qurğu hazırlanıb

ABŞ-ın “Abbott” şirkəti koronavirus infeksiyasını molekulyar analiz metodu ilə 5 dəqiqəyə diaqnozlaşdırma

31/03/20
“HONOR 30S” smartfonu təqdim edilib

Çində nümayiş etdirilmiş “HONOR 30S” smartfonu beşinci nəsil şəbəkələrini dəstəkləyən ən yeni prosessor,

31/03/20
“Windows 10” sistemində səhv internet bağlantısında problemlər yaradır

“Windows 10” əməliyyat sisteminin istifadəçiləri internetin işində fasilələrin yaranmasından şikayətlənmə

31/03/20
“Apple” koronavirus üzrə resurslar istifadəyə verib

“Apple” şirkəti bir sıra dövlət müəssisələri ilə birlikdə insanların koronavirus infeksiyası ilə bağlı və

31/03/20
Dünyanın ən populyar smartfonunun istehsalı dayandırılıb

Hindistanda “iPhone Xr” smartfonunun istehsalı dayandırılıb.

31/03/20
“HUAWEI” yeni internet standartını elan edib

“HUAWEI” şirkəti Çin dövlət provayderləri ilə birgə Beynəlxalq Telekommunikasiya İttifaqına mövcud həllər

31/03/20
Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Britaniyanın “Planet Computers” şirkəti 2000-ci illərin kommunikatoru və müasir smartfon arasında aralıq

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.