12px13px15px17px
Tarix:27/03/13

Mobil trafikin həcmi son iki il ərzində üç dəfə artıb

"Net Applications" şirkətinin məlumatına əsasən, son iki il ərzində mobil trafikin həcmi ənənəvi fərdi kompüter göstəricilərinə yaxınlaşaraq təxminən üç dəfə artıb.

"Net Applications" analitik şirkətinin hesablamasına görə, cari ilin fevralında mobil trafikin payı 13,2% olub ki, bu, mütləq rekord göstərici sayılır. Bundan başqa, yanvar ayı ilə müqayisədə 1,4% artım qeydə alınıb. Analitik şirkətin məlumatına əsasən, son altı ay ərzində isə mobil trafikin həcmi 26% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, son on iki ay ərzində mobil trafikin həcmi təxminən iki dəfə, son iki ildə isə üç dəfə artıb. Şirkət bunu mobil operatorların trafikin qiymətini azaltması, "4G" şəbəkələrinin geniş yayılması və büdcəyə uyğun mobil cihazların yaranması ilə izah edir. Ən populyar mobil brauzer "Apple Safari"dir.

Ümumi mobil trafikin 55.4%-i onun payına düşür. Sonrakı yerdə 22.8% göstərici ilə "Android Browser" yer alıb.

"Net Applications" analitik şirkətinin məlumatına əsasən, bazarda "Android" platforması ilə işləyən qurğuların daha çox satılmasına baxmayaraq, "iOS" əməliyyat sisteminin istifadəçiləri internetdən daha çox istifadə edir. 12.7% göstəriciyə malik "Opera Mini" isə üçüncüdür.

Emil Hüseynov



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024