12px13px15px17px
Tarix:27/03/13

Gənclərin internet bilikləri artırılır

Bakı şəhərində “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan “Kiber Gənclər ll Düşərgəsi”nə start verilib.

"ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbir 3 gün davam edəcək.

Qeyd edək ki, düşərgədə 15-18 yaşlı 40 nəfər gənc iştirak edir. Bütün iştirakçılar fəal internet istifadəçiləridir. İştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılıb. Düşərgənin ilk günü təlimlər “ACM Azərbaycan”ın mütəxəssis şöbəsinin üzvü, “NEATS” şirkətinin direktoru Adil Əliyev tərəfindən aparılıb, daha sonra interaktiv qrup oyunları, idman yarışı və mədəni proqram təşkil olunub.

Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır.

SEYMUR



Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024