12px13px15px17px
Tarix:27/03/13

“Kaspersky Laboratoriyası” İnterpolla əməkdaşlıq edəcəyini bəyan edib

“Kaspersky Laboratoriyası” kibertəhdidlərlə dünya səviyyəsində mübarizə məqsədi ilə İnterpolun yüksək texnologiyalar sahəsində cinayətlərin araşdırılması ilə məşğul olan bölməsi (Global Complex for Innovation IGCI) ilə əməkdaşlıq edəcək.

“Kaspersky Laboratoriyası”nın yaydığı məlumata əsasən, İnterpolla əməkdaşlıq çərçivəsində şirkət “IGCI”-yə kibercinayətlərin araşdırılmasında geniş konsultasiya dəstəyi verəcək, eyni zamanda öz ekspertlərini 2014-cü ildə Sinqapurda açılacaq “IGCI”-nin ofisində işləməyə göndərəcək.

Şirkət həmçinin İnterpolun müxtəlif ölkələrin kibercinayətlər və kibertəhdidlərlə mübarizə üzrə qanunvericilik orqanlarının ekspertizasının genişləndirilməsi təşəbbüslərini dəstəkləyəcək.

«Mən uzun müddətdi ki, internet-İnterpolu adlanan qurumun yaradılmasına nail olmaq istəyirdim, və artıq bu reallığa çevrildi. Biz kibercinayətlərin araşdırmasında müxtəlif ölkələrin qanunvericilik orqanlarına ekspertizamızı, texnologiyalarımızı və ehtiyatlarımızı təqdim edərək aktiv iştirak edirik. Artıq cinayətkarların hansısa uzaq ölkədə “gizlənmək” imkanı olmayacaq”, - deyə Evgeniy Kaspersky bildirib.

Öz növbəsində bu məsələ ilə bağlı danışıqların sonunda “IGCI”-nin icraçı direktoru Noboru Nakatani qeyd edib ki, “Kaspersky Laboratoriyası” tərəfindən “IGCI”-nin dəstəklənməsi İnterpolun üzvü olan 190 ölkənin qanunvericilik orqanlarının kibercinayətlərin araşdırılması və beynəlxalq kibermühiti qorumaq üçün tələb olunan ekspertizanı əldə etməyə imkan verəcək.

AYNUR



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024