12px13px15px17px
Tarix:28/03/13

Azərbaycanda dövlət qulluğu sahəsində Regional Mərkəzin yaradılması təşəbbüsü irəli sürülüb

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov və komissiyanın İT və proqram təminatı sektorunun aparıcı məsləhətçisi Mirnatiq Ələsgərzadə Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan dövlət qulluğu sahəsində Regional Mərkəzin təsis konfransında iştirak ediblər.

Dövlət Komissiyasından verilən məlumata əsasən, konfransda Azərbaycanla yanaşı, 30-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edən V.Misirov Azərbaycanın Regional Mərkəzin yaradılmasında maraqlı olduğunu vurğulayıb və bunun üçün ölkəmizdə lazımi şəraitin olduğunu bildirib. O, şəbəkənin yaradılmasının dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Eyni zamanda bildirilib ki, dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı islahatların aparılmasını nəzərdə tutan birgə regional proqram və layihələrin həyata keçirilməsi Regional Mərkəzin əsas funksiyalarından biridir. Konfransın sonunda, iştirakçı ölkələr tərəfindən, dövlət qulluğu sahəsində Regional Mərkəzin yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasını bildirən Bəyannamə qəbul olunub. 

AYNUR



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024