12px13px15px17px
Tarix:28/03/13

İnternet məkanında ilk Azərbaycan filmləri kinoteatrı istifadəyə verilib

Qlobal internet məkanında ilk “Az.Cinema Online” adlı Azərbaycan filmlərinin və videolarının inkişafı və yayımlanmasına yönləndirilmiş internet kinoteatrı yaradılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Pasha Bank”, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və “Narimanfilm” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində dünya auditoriyasına Azərbaycan kinosu, televiziya və mədəniyyəti nümayiş etdirilir. “Narimanfilm” “www.azcinemaonline.com ” saytının sahibi və operatorudur.

Saytda Onlayn Baxış xidməti təqdim edilir. Filmlərin keyfiyyəti müxtəlif cihazlarda fərqli ola bilmə, eləcə də buna buraxılış zolağı, internet bağlantısı və ya sürət kimi müxtəlif amillərin təsir göstərə biləcəyi ehtimalını nəzərə alaraq “Az Cinema Online” Onlayn Baxış xidmətindən istifadə zamanı təsvirin keyfiyyətinə zəmanət vermir.

Qeyd edək ki, Onlayn Baxış xidmətində filmləri iki üsulla ötürmək və baxmaq mümkündür:
• ticari əsasla, reproduksiya dövrü zamanında istədiyiniz kərə filmi izləmək üçün ödəniş etməklə
• azad əsaslarla (reklam dəstəyi ilə).

Filmi icarəyə götürdükdə, 7 gün və daha çox müddətə istifadəçi filmə baxa bilər. Filmlərə ödənişsiz əsaslarla (reklam dəstəyi ilə) baxmaq üçün istifadəçi heç bir icarə haqqı ödəmir. 

AYNUR



Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020