12px13px15px17px
Tarix:28/03/13

“McAfee” mürəkkəb təhdidlərdən mühafizə sahəsində lider seçilib

"McAfee" şirkətinin əsas korporativ məhsulları olan "VirusScan Enterprise", "Host Intrusion Prevention" və "Site Advisor Enterprise" ən yüksək göstəricilərlə fərqləniblər.

Belə ki, "NSS" laboratoriyası tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, qeyd olunan məhsullara qarşı təhdidlərin 97 faizinin qarşısı alınıb. "McAfee"-nin son nöqtələrin mühafizəsi üçün nəzərdə tutulmuş həlli ən çox istifadə edilən detektləşdirmədən qaçma üzrə beş texnikin aşkarlanmasında yüzfaizlik nəticə göstərib.

"NSS laboratoriyasının testlərinin nəticələri göstərir ki, son nöqtələr bir neçə səviyyədə mühafizə edilməlidir. Məhz "McAfee" həlləri son nöqtələrin kompleks mühafizəsini təmin edir", - "McAfee"-nin baş vitse-prezidenti Kendas Uorli bildirib.

"NSS Labs" şirkətinin araşdırmalar rəhbəri Rendi Abramsın sözlərinə əsasən, istifadəçi səviyyəsində mühafizə məhsulların evolyusiyasında ən kritik pillə ziyanverici proqram təminatlarının siqnatur və evristik aşkar etmə pillələrindən sonrakı pillədir.

"Ekspoytların aşkar edilməsi və bağlanması imkanı əməliyyat sistemlərində, brauzerlərdə və əlavələrdə, misal üçün, "Java"da, bir sıra boşluqları nəhəng sayda hücumlardan mühafizə üçün vacibdir. Eksploytları aşkar edə bilməyən məhsullar, bu cür mühitdə salamat qalmaq üçün yetərli deyil",- deyə o bildirib.

AYNUR



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024